Fındıq “Qəbələ”yə necə problem yaratdı?
"Kəpəz"lə ev matçında "Qəbələ" azarkeşlərinin sayının az olması diqqət çəkməyə bilməzdi. Halbuki, çempionat oyunlarında bir qayda olaraq 1500-2000 və bəzən daha artıq azarkeş "Qəbələ"nin ev matçını izləyir. Bəs görəsən, "Kəpəz"lə oyunda niyə tribunalara 900 nəfər toplaşmışdı.
AzNews.info Futbol plus-a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən klubun vitse-prezidenti Fariz Nəcəfov bunda fındığı “günahlandırıb”.
Vitse-prezidentin bununla bağlı verdiyi açıqlamanı təqdim edirik:
"Qəbələ" azarkeşləri komandanın uğuruna çox sevinir. Bunu onlarla görüşlərdə, söhbətlərdə dəfələrlə görmüşəm. Futbolla nəfəs alan tərəfdarlarımızın sayı çoxdur. Sadəcə, son vaxtlar Qəbələdə fındıq yığımı mövsümüdür. Orta yaş nümayəndələrinin çoxu səhər evdən çıxıb axşam qayıdır. Belə olan halda yorğun olmaları normaldı, onları da qınamaq olmaz. Bu, müvəqqəti xarakter daşıyır".
Mənbə:> Futbol Plus