İbrahimoviç kilsə aldı
İbrahimoviç 12,5 milyon avro sərf edib
Ölkə.Az xəbər verir ki, İsveç milli futbol komandasının və Fransanın "Pari Sen Jermen" klubunun heyətində çıxış edən hücumçu Zlatan İbrahimoviç Stokholmda keçmiş kilsə binasını alıb.
Bildirilir ki, ümumi sahəsi 1 min m² olan 4 mərtəbədən ibarət binanın alışı üçün İbrahimoviç 12,5 milyon avro sərf edib.
Bununla yanaşı, katolik olan futbolçu kilsəni yaşayış binasına çevirməyi qərara alıb.
Qeyd edək ki, İbrahimoviç indiyə kimi 101 oyunda meydana çıxıb və 53 qol vurub. O, İsveç milli komandasında 100 oyun həddinə çatan on futbolçudan biridir.
İbrahimoviç həm klub karyerası ərzində, həm də milli komandanın heyətində müxtəlif qalmaqallarda iştirak edib. Zlatan İbrahimoviç həmçinin futboldan kənar fəaliyyətlərlə də məşğuldur. İsveçli model Helena Segerlə münasibətdədir, iki övladı var.
Mənbə:> Olke.az