Ramin Musayev: Qurban Qurbanov insani keyfiyyətlərini büruzə verdi
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz-Premyer Liqasının 7-ci turunun “İnter” ilə “Qarabağ” arasında keçirilən qalmaqallı matçında penaltinin haqlı olaraq təyin edildiyini hesab edir.
“Mənim fikrim belədir, hakim Elvin Əsgərov penaltini düzgün təyin etdi. Amma fikir ayrılığı oldu. Kim isə penaltinin olduğunu, kim isə olmadığını hesab edir. Nəyə görə Qurban Qurbanov penaltini yan vurmaq barədə göstəriş verdi? O, “feyr ley” nümayiş etdirdi. Qurban publikaya təsir etmirdi, o insani keyfiyyətlərini büruzə verdi”.
Mənbə:> Oxu.Az