Ramin Musayev: "Çempionatda 12 komanda da ola bilər" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Ramin Musayev: "Çempionatda 12 komanda da ola bilər"

Ramin Musayev: "Çempionatda 12 komanda da ola bilər"


"Gələn mövsüm ən azı 10 komandanın iştirakı ilə çempionat keçiriləcək. 12 komanda da ola bilər. Sponsor tapsanız, gətirin 12 komandalı çempionat keçirək”.

ANS PRESS-in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Ramin bəy çempionatın ədalətli keçib-keçməməsinin avrokuboklarda bilinəcəyini deyib: "Çempionatın necə keçdiyinə, ədalətli olub olmamasına bizdən çox siz jurnalistlər qiymət vermisiniz.

Mənim bu haqda nəsə deməyim, bəlkə də yersiz olar. Ancaq Avrokuboklarda sübut olunacaq ki, çempionat ədalətli keçdi və hər bir komanda layiq olduğu yerə müvəffəq olub".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *