Toyu ərəfəsində qəflətən ölən gəncin ailəsindən açıqlama - VİDEO
ANS TV-nin məlumatına görə, toya hazırlaşan 27 yaşlı Ramin İbrahimovun qəfil ölümü ailəsini yasa boğub. Ağdam rayonundan məcburi köçkün olan Ramin İbrahimov bir neçə gün əvvəl qız qaçırıb və yaxın günlərdə toyu olacaqmış. Rayonun Bakı küçəsindəki avtoyuma məntəqəsində işləyən, 27 yaşlı gənc işlədiyi vaxt qəflətən yerə yıxılıb.
Ətrafdakılar əvvəlcə onu elektrik cəryanı vurduğunu güman ediblər. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını çağırılsa da gəncin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə Bərdə rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları gəlib. Meyitə baxış keçirilən zaman Ramin İbrahimovun infarkt keçirdiyi aşkar edilib.
Mərhumun yaxınlarından aldığımız məlumata görə Ramin İbrahimovun səhətində problemləri olub. Uzun müddətdir müalicə alırmış. Müalicəsi bitdikdən sonra isə ilk gün imiş ki işə çıxıb. Meyitə baxış keçirildikdən sonra ailəsinə təhvil verilib.
Mənbə:> ANS PRESS