Böyük GT avtomobilləri və ulduz müğənnilər Bakıda » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Avto

Böyük GT avtomobilləri və ulduz müğənnilər Bakıda

Böyük GT avtomobilləri və ulduz müğənnilər Bakıda



AzNews.info-ya Baku World Challenge Mətbuat xidmətindən verilən məlumata görə şəhərimiz Noyabr ayının 1 və 2-si tarixlərində möhtəşəm GT seriyalı avtomobillərin Blancpain Sprint Series çempianatına ev sahibliyi edəcək.

Blancpain Sprint Series, üç saat, 100 km və 24 saat dözümlülük yarışlarını özündə birləşdirən Blancpain GT Series-in qaçış fəslidir. Bu çepionatın 7-ci turu, mövsüm finalı olaraq Bakıda keçiriləcək.

Aston Martin, Audi, Bentley, BMW, Ferrari, Lamborghini, McLaren, Mercedes və Porshe kimi möhtəşəm markalar yarəş zamanı iki saat ərzində yolun hər bir qarışında mübarizə aparacaqlar. Yarışın 1-ci gününün sonunda Kristal Zalda Black Eyed Peas, Nicole Scherzinger, Redfoo və Will I Am kimi dünya ulduzlarının "Adrenalin festivalı" baş tutacaq. Yarışdan görüntüləri yaxın günlərdə saytımızda izləyə biləcəksiniz.

Qeyd edək ki, keçən il eyni adlı yarışın Bakı turunu internet TV kanallar vasitəsi ilə 150000-dən çox tamaşaçı izlədi. Yarışlar Eurosport Kanallarında işıqlandırılaraq 54 ölkədən 131 milyon izləyiciyə ötürüldü. Bu statistik nəticələr bir daha sübut etdi ki, Azərbaycan idman sahəsində nəinki regionda və Avropada, eyni zamanda bütün dünyada öz töhfələrini verməkdədir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *