İçkili idmançı taksi sürücüsü ilə DÇ-nın qızıl medalı ilə hesablaşıb
Pekində keçirilən yüngül atletika üzrə dünya çempionatının çəkic atmaq yarışları üzrə qalibi Pavel Faydek taksi ilə qazandığı qızıl medalla hesablaşıb.
Bu barədə Oxu.Az Mirror-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Çinin paytaxtında qələbəsini qeyd edən polyak idmançı içkili vəziyyətdə olduğu üçün otelə taksidə qayıdıb və sürücüyə pul əvəzinə qazandığı qızıl medalla ödəniş edib.
Səhər idmançı baş verənləri anladıqdan sonra polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları taksi sürücüsünü tapıblar, o medalı qaytarmaqdan imtina etməyib.
Mənbə:> Oxu.Az