“Panatinaikos” Bakıdan bir futbolçusuz gedəcək
Yunanıstanın “Panatinaikos” klubunun futbolçusu Robin Lod “Qəbələ” ilə oyun zamanı ciddi zədə alıb.
Oxu.Az xəbər verir ki, 22 yaşlı finlandiyalı yarımmüdafiəçi oyunun 67-ci dəqiqəsində zədələnərək əvəzlənib.
Futbolçu komandası ilə birlikdə Yunanıstana qayıda bilməyəcək. O sabah Bakı xəstəxanalarının birində müayinədən keçməlidir.
Xatırldaq ki, “Qəbələ” - “Panatinaikos” matçı 0:0 hesabı ilə bitib.
Mənbə:> Oxu.Az