Aleksandr Oveçkin yenidən Bakıya gələcək
İyulun əvvəlində Bakıda Rusiya və Azərbaycan hökuməti yığmaları arasında futbol matçı keçirilib.
Oxu.Az xatırladır ki, oyun 6:2 hesabı ilə qonaqların qələbəsiylə başa çatıb. Komandalar yalnız hökumət üzvlərindən ibarət deyildi.
Məsələn, iştirakçılardan biri Rusiyanın məşhur xokkeyçisi Aleksandr Oveçkin idi.
“Vestnik Kavkaza” ilə söhbətdə idmançı onda çox gözəl təəssürat yaradan Bakı ilə yaxından tanış ola bilmədiyindən şikayətlənib.
“Çox xoşuma gəldi. Gözəl şəhərdir. Təssüf ki, vaxtımız çox az idi. Oyunu isə udduq”, - o, deyib.
Bununla yanaşı xokkeyçinin yaxın zamanda bu boşluğu doldurmaq şansı var.
“Tezliklə Bakıda cavab matçımız olacaq. Biz ora mənim fikrimcə, sentyabrın əvvəlində gələcəyik və mübarizə aparacayıq”, - Oveçkin vəd edib.
Xokkeyçi əlavə edib ki, Azərbaycan paytaxtına yenidən gələcəyinə şaddır. O, iyun ayında Bakıda keçirilən Avropa oyunlarını da yüksək qiymətləndirib.
“İstənilən oyunlar – çox yaxşıdır, çünki onlar azarkeşlərin ruh halını yüksəldir, idmançılara isə bu yarışlara hazırlaşmaq imkanı verir. Mən buna müsbət yanaşıram”, - Aleksandr Oveçkin sözünü yekunlaşdırıb.
Mənbə:> Oxu.Az