Alexa.com saytı Azərbaycan bölməsini bərpa etdi
Dünya ölkələri üzrə saytların reytinqini göstərən alexa.com saytı Azərbaycan bölməsini bərpa edib.
Bölmə fevralın 28-dən etibarən ləğv edilmişdi. Məsələyə aydınlıq gətirən şirkət bildirmişdi ki, buna səbəb Azərbaycan saytlarının botlar vasitəsilə yaradılan süni trafikdən istifadə edərək, nəticələrlə manipulyasiya etməyə çalışmasıdır.
Mənbə:> Oxu.Az