XİN mübahisəli məsələyə aydınlıq gətirdi
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Yerevan şəhərində Karen Mirzəyan ilə görüşü məsələsinə şərh verib.
ANS PRESS-in məlumatına görə, XİN rəsmisi bildirib ki, bu görüş barəsində Azərbaycan tərəfinin əvvəlcədən məlumatı olub. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşlarıdırlar.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib.
Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır.
Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər.
Mənbə:> ANSPRESS