Vidadi Zeynalovun həbs müddəti uzadıldı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalovun həbs müddəti uzadılıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə V. Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay uzadılıb.
Qeyd edək ki, V. Zeynalov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aşkarlanan qanun pozuntuları ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilib.
Mənbə:> APA