Braziliyada “Whatsapp”a qadağa qoyuldu
Braziliyada “Whatsapp”dan istifadəyə 72 saat qadağa qoyulub.
İnterAz xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimal-şərqindəki Sergipe əyalətində Markel Maiya Montalvao adlı hakim proqramın bütün ölkədə bu səhərdən etibarən 72 saat müddətinə dayandırılması haqqında qərar verib.
Ölkədə 1 martda “Facebook”un Latın Amerikası üzrə sədr müavini Dieqo Dzodan “Whatsapp”dakı istifadəçi məlumatlarını Brazilya polisi ilə paylaşmağı rədd etdiyi üçün həbs edilmişdi. Mütəşəkkil cinayətkarlıq və narkotika qaçaqmalçılığı ilə bağlı gizli bir sorğu qərarına əməl etməməkdə təqsirləndirilən Dzodan bir gün sonra azad edilib.
Mənbə:> İnterAz