"WhatsApp" təzyiqlərə dözə bilmədi
"Whatsapp" təzyiqlərə dözə bilməyərək geri addım atmağa hazırlaşır.
ANS PRESS-in məlumatına görə, "WhatsApp"ın yenicə istifadəyə verdiyi funksiyadan imtina edəcəyi gözlənilir.
Belə ki, "WhatsApp" mesajların oxunmasını göstərən "mavi rəngdəki bildiriş" funksiyasını yenicə istifadəyə verilən "beta distributivində" bağlaya biləcəyinin gözlənildiyini bəyan edib.
Inkişaf etməkdə olan ölkələr üçün pulsuz olaraq təqdim olunan "WhatsApp" yazdıqlarınızı qarşı tərəfin görüb-görmədiyini bildirən ən son funksiyası ilə bağlı hələlik müzakirələr aparılır. Ancaq müzakirələrin nəticəsində xidmətin dayandırılması gözlənilir.
Mənbə:> ANSPRESS