Braziliyada WhatsApp-ı bağladılar
Braziliyada məhkəmənin qərarına əsasən, mobil rabitə operatorları 48 saat ərzində WhatsApp proqramına girişi bağlamalıdırlar.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, qərar dekabrın 17-də saat 00.00-dan etibarən icra edilməlidir.
Yerli KİV-in məlumatına əsasən, bu qərar proqram sahiblərinin ölkənin hüquq-mühafizə orqanları ilə bir cinayət işi üzrə əməkdaşlıqdan imtina etmələri ilə əlaqədardır.
Məhkəmə qərarının səbəbi rəsmi olaraq açıqlanmır.
Mənbə:> Oxu.Az