“WhatsApp”da yeni virus yayıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“WhatsApp”da yeni virus yayıldı

“WhatsApp”da yeni virus yayıldı


Fırıldaqçılar "WhatsApp" mobil tətbiq istifadəçilərinə proqramın masaüstü fərdi kompüter və ya noutbuk üçün versiyasını yükləməyi təklif edirlər.

ANS PRESS-in məlumatına görə, proqram versiyasına olan istinada keçid etdikdə virus yüklənir. Kompüterin köməyi ilə "WhatsApp" messencerində ünsiyyət üçün əlavə heç nə yükləmək lazım deyil. Bu barədə "ICTnews" elektron xidməti bildirir.

Kibercinayətkarlar internet bankların loqin və parollarını oğurlamaq üçün yeni üsul ("WhatsApp" proqramının sadəlövh istifadəçilərini aldatmaq) tapıblar.

"Məktubda, guya, "WhatsApp"ın rəsmi saytına yönəldən istinad var. Əslində istinadın üzərinə mausla sıxan istifadəçi WhatsAppInstall.exe icra olunan faylını yükləmiş olur. Bu ad altında Win32/TrojanDownloader.VB.QRM troyan virusu gizlənir" – ekspertlər bildiriblər.

"Windows" əməliyyat sisteminə yükləndikdən sonra sözügedən troyan internet banklara giriş üçün qeydiyyat məlumatlarını oğurlamaq üçün nəzərdə tutulmuş başqa zərərli proqram sistemi yükləyir.

Eset antivirus şirkətinin mütəxəssisləri təyin ediblər ki, bu zərərli proqram Braziliyada yaradılıb.

2015-ci ilin yanvarında WhatsApp öz messencerinin veb-versiyasını buraxıb. Ancaq istifadəçilər heç bir proqram yükləməli deyillər. Messencer istənilən başqa veb səhifə kimi birbaşa brauzerdə açılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *