Hakerlərin oğurladığı pullar Azərbaycandan keçirmiş » AzNews.info -Xəbər portalı

Hakerlərin oğurladığı pullar Azərbaycandan keçirmiş

Hakerlərin oğurladığı pullar Azərbaycandan keçirmiş


ABŞ hakimiyyəti çərşənbə axşamı üç hakerə qarşı ittiham irəli sürüb. Onlar tarixin ən iri kiber-cinayətini törətməkdə ittiham edilirlər, The Wall Street Journal yazır.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, Manhetten və Atlantanın federal prokurorluğunda iddia edirlər ki, ittiham olunan şəxslər 100 milyon insanın, onlarla şirkətin, o cümlədən JPMorgan Chase və Dow Jones bankının məlumatlarını oğurlayıblar.

Onların geniş beynəlxalq şəbəkə çərçivəsində işləyən müttəfiqləri bu məlumatları yüz milyonlarla dollardan ibarət qanunsuz gəlirə çeviriblər.

İş doğrudan da qlobal xarakter daşıyır. Cinayətkarlar Cənubi Afrika Respublikasının və Braziliyanın kompüter şəbəkələrindən istifadə ediblər, oğurlanan pullar Kipr üzərindən yuyulub, kredit kartları üzrə qanunsuz ödənişlər isə Azərbaycan bankları üzərindən həyata keçirilib.

Beynəlxalq cinayətkar qruplaşmanın təşkilatçısı və ilhamvericisi 31 yaşlı İsrail vətəndaşı Ceri Şalondur.

Onun İsveçrə və digər ölkələrin banklarında qanunsuz yollarla əldə etdiyi 100 milyon dollara yaxın vəsaiti aşkar edilib. Həmçinin 40 yaşlı İsrail vətəndaşı Ziva Orenşteynə və 31 yaşlı ABŞ vətəndaşı Coşua Erona qarşı ittiham elan edilib. O, Moskvada yaşayır.

Şəxsi məlumatların oğurlanması və qanunsuz yollarla əldə edilmiş pulların yuyulması ilə yanaşı cinayətkarlar bütün dünya üzrə ən azı 12 qanunsuz online-kazino da işlədiblər.

İş üzrə dördüncü fiqurantın da adı məlumdur. O, bu ilin əvvəlində lisenziyasız elektron pul birjası açmaqda ittiham olunan Entoni Murxiodur.

Hesab edilir ki, əslində onun online ticarət palatası Şalona məxsus idi və bu palata üzərindən oğurluq pullar yuyulurdu.

Şəbəkənin yüzlərlə digər üzvünə qarşı da tezliklə ittihamlar irəli sürüləcəyi gözlənilir.

Hakerlər JPMorgan bankının kompüter şəbəkəsini ötən ilin yayında sındırıblar. Onlar müştərilərin adlarını, ünvanlarını, bank hesablarını və digər məlumatlarını ələ keçiriblər.

Nəticədə bankın 83 milyon müştərisi zərər çəkib, onlardan 76 milyonu ev təsərrüfatı, qalanları xırda biznes nümayəndələridir.

JPMorgan mətbuat xidməti bankın hakerlərin fəaliyyətindən zərər gördüyünü təsdiq edib, və cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə hakimiyyətilə əməkdaşlıq elan edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *