Azərbaycana xəyanət edən biznesmenə qarşı cinayət işi açıldı » AzNews.info -Xəbər portalı

Azərbaycana xəyanət edən biznesmenə qarşı cinayət işi açıldı

Azərbaycana xəyanət edən biznesmenə qarşı cinayət işi açıldı


Azərbaycan Prokurorluğu Vartan Sirmakesin cinayət məsuliyyətinə cəlb edilməsi üçün İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirliklərindən daxil olmuş İsveçrə Konfederasiyasının vətəndaşı “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyəti ilə bağlı materiallarda göstərilən xüsusatlar Baş Prokurorluqda araşdırılıb.

Araşdırmalar zamanı V.Sirmakesin Ermənistanın ölkəmizin işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olması, Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının razılığı olmadan icazəsiz Zəngilan rayonunun Vejnəli kəndində yerləşən qızıl mədəninin açılış mərasimində iştirak etməklə dövlət sərhədini qanunsuz keçməsi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan qərəzli hərəkətlər etməsində şübhələr üçün kifayət qədər əsaslar müəyyən edilib.

Göstərilən faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) və 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

V.Sirmakesin cinayət məsuliyyətinə cəlb edilməsi üçün İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müvafiq qaydada hüquqi yardım göstərilməsi barədə vəsatət göndərilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *