İsveçrəlilər selfie-dron yaratdılar – VİDEO
İsveçrə şirkəti səmadan çəkiliş aparmaq üçün Fotokite Phi portativ kvadrokopterin istehsalı üçün vəsait toplamağa başlayıb.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, elektron sistem naviqasiya və müşahidə sistemlərinin olmaması sayəsində dron çox yüngül alınıb, quraşdırılmış GoPro və akumlyator ilə bir yerdə onun çəkisi cəmi 350 qramdır.
Dron ekşen-kameranın bərkidilməsi üçün bərkidici və ruletə yığılmış səkkiz metrəlik ip ilə təchiz edilib. İp, bu cür qurğuların idarəsinə dair heç bir bacarığı olmayan insanlara da kopteri idarə etmək imkanı yaradır.
Dron yaradıcıları qeyd edirlər ki, Fotokite Phi pilotsuz uçan aparatla çərpələngin hibrididir və əsasən səmadan foto və video çəkmək üçündür.
Mənbə:> Oxu.Az