Məşhur müğənni səhnədə qan içində qaldı – VİDEO
Dünyanın ən perespektivli, məlahətli səsə malik gənc müğənnilərindən biri olan Enriki İqlesasın başına səhnədə gözlənilməz hadisə gəlib.
ANS PRESS-in məlumatına görə, bədbəxt hadisə Meksikada yaşanıb. Belə ki, İqlesasın əlini çəkiliş aparan, uzaqdan idarə edilən uçan kameranın pərvanəsinə dəyib. O, tamaşaçıları çəkən kameranın şouya mane olmasının qarşısını almaq istəyib.
Müğənni minlərlə izləyicinin gözü önündə qanlar içində qalıb. Onun bir neçə barmağı kəsilib. Müğənniyə ilk müdaxilə elə səhnədə edilib.
E.İqlesas yaralarına müdaxilə edildikdən sonra konsertə davam edib. Lakin onun qanını saxlamaq mümkün olmayıb. Nəticədə geyimi də daxil olmaqla hər yer qırmızıya qərd olub.
Müğənni konserti qanlar içində bitirdikdən sonra onu gözləyən xüsusi təyyarə ilə Los Ancelesdəki xəstəxanaya çatdırılıb.
Mənbə:> ANSPRESS