Ölümcül xəstəliklərin dərmanı tapıldı: Koreyalı həkimlərin möcüzəvi icadı hamını təəccübləndirdi. » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

Ölümcül xəstəliklərin dərmanı tapıldı: Koreyalı həkimlərin möcüzəvi icadı hamını təəccübləndirdi.

Ölümcül xəstəliklərin dərmanı tapıldı:  Koreyalı həkimlərin möcüzəvi icadı hamını təəccübləndirdi.

Bəşərin yeni bəlası hesab edilən və son günlər adı tez-tez hallanan MERS virusunun çarəsinin tapıldığı iddia edilir.

ANS PRESS-in məlumatına görə, Afrikada minlərlə insanın həyatına son qoyan Ebola virusundan sonra, indi isə Uzaq Şərqdə yayılan Yaxın Şərq Respirator Sindrom (MERS) virusunun vaksini axtarılmağa başlanılıb.

Yaranan böhran səbəbilə Cənubi Koreyalı səhiyyə nümayəndələri çıxış yolları axtararkən, QİÇS (AIDS), Ebola və SARS (MERS) viruslarını təsirsiz hala gətirən dərman (vaksin) icad etdiklərini bildiriblər.

Hər hansı bir müalicəsi olmayan bu ölümcül xəstəliklərin qarşısını alan və təsirsiz hala salan dərmana “Kumdang-2” adı verilib.

“Möcüzəvi” dərmanın hazırlanmasında uzun müddətdən bəri Koreya yarımadasında olan jenşen bitkisindən və torpaqdan götürülmüş bəzi mineralların istifadə edildiyi deyilir.

Xatırladaq ki, ötən gün Cənubi Koreyada MERS virusundan ölənlərin sayı 24 idi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *