Növbəti dəhşətli virus 24 nəfəri öldürdü
Cənubi Koreyada MERS virusu qurbanlarının sayı 24-ə çatıb.
ANS PRESS-in məlumatına görə, Yaxın Şərq Respirator Sindrom (MERS) virusundan Cənubi Koreyada baş verən sonuncu ölüm halı barədə xəbəri “Yonhap” agentliyi yayıb.
Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan üç nəfərin dünyasını dəyişməsilə ilə ölənlərin sayı 24-ə çatıb.
Həmçinin, ölkənin səhiyyə nazirliyi virusdan əziyyət çəkən onlarla xəstənin də vəziyyətinin ağır olduğu və Ebola virusu kimi bunun da vaksininin olmadığı barədə məlumat yayıb.
Mənbə:> ANSPRESS