Azərbaycanlılar əsasən hansı xəstəlikdən vəfat edirlər?
Səhiyyə Nazirliyi Azərbaycanda ölüm hallarının əsas səbəblərini açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Oxu.Az-a bildirib ki, son 10 ildə Ümumdünya Səhiyyə Təşkilatının dünya üzrə qeyri-infeksion xəstəliklərə daxil olan 4 xəstəlik sinfi üzrə xəstələnmə halları nisbətən artıb.
Onun sözlərinə görə, dünya ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəblərini qeyri-infeksion xəstəliklər təşkil edir.
“Analoji olaraq, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə yoluxma halları var. Xəstələnmənin strukturunda qan dövranı sistemi (ürək-damar), tənəffüs orqanları, endokrin sistemi (şəkərli diabet), bədxassəli yeni törəmələr (xərçəng şişləri) təşkil edir.
Qeyri-infeksion xəstəliklər səbəbindən ölüm strukturunda 1-ci yerdə qan dövranı sisteminin xəstəlikləri, 2-ci yerdə bədxassəli yeni törəmələr, 3-cü yerdə isə tənəffüs orqanları xəstəlikləridir”.
Mənbə:> Oxu.Az - Elvin Əhmədov