Yapon alimləri qripi bir günə tam sağaldan dərman hazırladı
Forbes jurnalı yazır ki, yapon alimləri qripi bircə günə sağalda biləcək dərman hazırlayıblar.İddia olunur ki, bu dərmanın bircə həbini qəbul etmək qripdən tam sağaldır.Yaponiyanın Shionogi şirkəti bildirir ki, hökumət “Xofluza” adlanan dərmanı Yaponiyada istehsal etməyə və satmağa artıq icazə verib.
Amma yeni dərman yəqin ki mayda apteklərdə satışa çıxarılacaq, çünki Yaponiyanın Milli Sığorta idarəsi hələ onun qiymətini müəyyən etməlidir. “Xofluza”-nın təsir mexanizminin qripə qarşı istifadə olunan ənənəvi dərmanlardan fərqləndiyi deyilir.
Qrip xəstəliyi onda başlanır ki, viruslar insanın ağciyərinə gedib çatırlar. Onlar ağciyərin hüceyrələrinə daxil olur, onun zülal yaratma mexanizmindən istifadə edib çoxalmağa başlayırlar, "özlərinin saysız-hesabsız surətini çıxarırlar". Ordan isə insanın bütün orqanizminə yayılırlar. Ənənəvi dərmanlar bu prosesin qarşısını dərhal ala bilmirlər, ona görə də sağalma prosesi bir neçə gün və ya həftə çəkir.
Yeni dərmanı yaradanlar bildirirlər ki, “Xofluza” infeksiyanın yayılma prosesini 24 saat ərzində dayandıra bilir.Yeni dərmanın nə dərəcədə təsirli olduğu yəqin ki, yaxın aylarda bilinəcək.Hələ ki qripdən qorunmağın ən effektiv yolu xəstəliyə yoluxmamaq üçün vaksin vurdurmaq sayılır.
Mənbə:> Virtualaz.org