Azərbaycanda dərman qiymətləri ilə bağlı yeni təklif » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda dərman qiymətləri ilə bağlı yeni təklif

Azərbaycanda dərman qiymətləri ilə bağlı yeni təklif


Tarif (qiymət) Şurası bir neçə adda dərman vasitələrinin qiymət siyahısını yeniləyib və apteklərdə həmin dərmanların qiymətində müəyyən artım müşahidə olunur.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev hesab edir ki, Tarif (qiymət) Şurasının bu qərarı dolların məzənnəsindəki dəyişikliklə əlaqədardır.

Millət vəkili Trend-ə bildirib ki, bu məsələnin həllini tapmaq lazımdır ki, daha çox tələbat olan dərmanların qiymətini sabit saxlamaq mümkün olsun.

“Təklif edirəm ki, 500 adda daha çox tələbat olan dərman vasitəsinin qiyməti sabit saxlanılsın, digərlərinin qiyməti sərbəst buraxılsın. Yəni, 500 adda dərmanın qiyməti tənzimlənsin və sahibkar 500 dərmanın deyil, digər dərman vasitələrinin satışından gəlir əldə etsin”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *