Dərmanlar apteklərdə ədəd ilə satılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dərmanlar apteklərdə ədəd ilə satılır – VİDEO

Dərmanlar apteklərdə ədəd ilə satılır


Aptekdən dərman alarkən qutunu açdırıb içindən istənilən sayda dərmanı almaq mümkündür. Lakin həmin dərmanın içlik vərəqəsini dənə ilə yox, qutu ilə alana verirlər. Belə hal da kifayət qədər təhlükəlidir, çünki dənə ilə dərman alan şəxs onun mümkün fəsadları haqqında heç bir məlumat əldə edə bilmir. Bəs bu vəziyyətdə hansı addımı atmaq olar?

Bir çox hallarda vətəndaşlar aptekdən dərmanı yazılan reseptə uyğun sayda alırlar. Yəni dərman qutusu açılır, içərisindən bir neçəsi müştəriyə verilir. Belə olduqda isə dərmanla bağlı bütün məlumatların yazıldığı içlik vərəqəsi qutuda qalır. Sorğu zamanı da aydın oldu ki, vətəndaşlar ümumiyyətlə dərmanın içindəki məlumat kağızına ciddi əhəmiyyət vermirlər.

Əczaçıların sözlərinə görə, belə hallar tez-tez olur. İmkanı daxilində və ya həkimin yazdığı sayda dərman alan şəxslərə qutudan dərman verildikdə ona içlik vərəqəsini oxunması təklif olunur. Oxuya bilməyənlərə isə şifahi məlumat verilir.

Sağlamlıq üzrə ekspert Anar Xəlilovun sözlərinə görə, bu cür vəziyyət dünya təcrübəsində yoxdur. Yalnız Azərbaycanda dərmanlar qutudan çıxarılıb dənə ilə satılır. Bu da kifayət qədər təhlükəlidir. Ekspert bu məsələdə aptekçilərin üzərinə böyük məsuliyyət düşdüyünü deyir.

Oxu.Az “Xəzər xəbər”in mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *