Azərbaycanda dərmanlar bahalaşacaq » AzNews.info -Xəbər portalı

Azərbaycanda dərmanlar bahalaşacaq

Azərbaycanda dərmanlar bahalaşacaq


Manatın dollara nisbətdə yeni məzənnəsinə uyğun olaraq, dövlət tərəfindən tənzimlənən dərman preparatlarının qiymətlərinə yenidən baxılacaq.

AzNews.infoxəbər verir ki, bu barədə Trend-ə Tarif (qiymət) Şurasından bildiriblər.

Şuradan deyiblər ki, dərman preparatlarının qiymətləri 10 əsas ölkədəki - Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya - qiymət əsasında formalaşır:

"Dərmanlar xarici valyutada alınır, buna görə də qiymətlərə yenidən baxılmasına ehtiyac var".

Qeyd edək ki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 2282 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. 1258 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib, 1 dollar 1,55 manatadək bahalaşıb.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *