Daha 1800 dərman ucuzlaşacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Səhiyyə

Daha 1800 dərman ucuzlaşacaq

Daha 1800 dərman ucuzlaşacaq


Prezident İlham Əliyevin göstərişindən sonra ölkədə dərman vasitələrinin qiymətində ucuzlaşma davam edir.

ANS TV-nin məlumatına görə, Tarif Şurası ümumilikdə 3010 dərman vasitəsinin qiymətini tənzimləyib. 1151 dərman vasitəsi isə təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Amma dərmaların qiyməti aşağı düşsə də, apteklərdə dərman qıtlığı yaşanmaqdadır.

Şəhər sakini Aydın Abutalıbov bildirib ki, qiymətləri endiriblər, çox sağ olsunlar: “Amma burda başqa bir problem var. Apteklərdə lazım olan dərmanlar yoxdur. Həyat yoldaşımın beli ağrayır, onun üçün axtardığım dərmanı tapa bilmirəm”.

Söhbət qiymətləri endirilən bəzi dərmanların apteklərdən yoxa çıxmasından gedir. Əhalini də elə narahat edən budur. Çünki, əvvəllər əksər dərmanların qiymətlərinə yaxın düşmək olmurdusa, indi onları tapmaq müşkülə çevrilib. Problem tək bununla bitmir. Yolu tez-tez aptekə düşənlərdən bəziləri deyir ki, ucuzlaşma elə də çox hiss olunmur.

Şəhər sakini Aida Qurbanova deyir ki, dərmanların qiyməti uçuzlaşma hiss olunmur, bəzi dərmanların qiyməti isə az da olsa, artıb.

Hazırda Tairf Şurası tərəfindən üç mindən çox dərmanın qiyməti tənzimlənib.

Apteklərdən bildirirlər ki, təzyiq əleyhinə, xolestirin tənzimləyici, tənəffüs xəstəlikləri, qan durulaşdırıcı, tənəffüs tərkibli dərmanların qiymətləri 6-8 dəfə aşağı salınıb.

Satıcı Zeynəb Rəhimova bildirib ki, hazırda antibiotik və xolestirin əleyhinə dərmanların qiyməti endirilib və nəticədə sözügedən dərmanların satışı da artıb.

Bəzi dərmanların tapılmamasını isə apteklərdə belə izah edirlər.

“Əvvələr “Eskolan” adlı dərman 35 manata satılırdısa, indi 2 manat 82 qəpiyə satılır. Nəticədə qiymətinin aşağı düşməsindən istifadə edən alıcılar, qələcəkdə “Eskolan” dərmanın qiymətinin yenidən qalxmasından ehtiyat edərək təlabatdan artıq almağa başladılar”, – deyə satıcı Murad Hidayətov vurğulayıb.

Səhiyyə Nazirliyinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasından bildirirlər ki, ölkə ərazisinə kifayət qədər dərman preparatı gətirilir. Ona görə də apteklərdə hər hansı bir dərmanın tapılmamasından söhbət gedə bilməz. Ola bilsin ki, bəzi aptektlərdə hər hansı dərman preparatı olmasın.

Gələn aydan etibarən isə daha 1800-ə yaxın dərmanın qiyməti tənzimlənəcək.

Tarif Şurası bəyan edir ki, dərmanların qiymətlərinin endirilməsi onların keyfiyyətinə təsir göstərməyib.

1110 dərman vasitəsinin qiyməti 1 dekabrdan, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *