Qızılca ilə bağlı həyəcan təbili çalındı » AzNews.info -Xəbər portalı

Bölmə: Səhiyyə, Dünya

Qızılca ilə bağlı həyəcan təbili çalındı

Qızılca ilə bağlı həyəcan təbili çalındı


Dünya Səhiyyə Təşkilatı (DST) Avropa və Orta Asiyada qızılcaya qarşı peyvəndi təcili artırmağa çağırıb.

ANS PRESS-in məlumatına görə, təşkilatın Avropa üzrə direktoru Zsuzsanna Jakab bu gün bildirib ki, 2014-cü ilin əvvəllərindən indiyədək 22 mindən çox insan bu infeksiyaya yoluxub. Qırğızıstanda 7 min 477, Bosniya və Hertseqovinada 5 min 340, Rusiyada 3 min 247, Gürcüstanda 3 min 291, İtaliyada 1,674, Almaniyada 583, Qazaxıstanda isə 537 belə hal qeydə alınıb.

Onun sözlərinə görə, son 50 ildə göstərilən səylərə baxmayaraq, bu infeksiya hələ də əngəl olaraq qalır. Bu məsələ Berlində 18 aylıq uşağın qızılcadan ölməsindən sonra gündəmə gəlib.

Təşkilatın yaydığı məlumata görə, valideynlərin əksəriyyəti uşaqlarına peyvənd vurulmasını istəmir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *