Azərbaycan klubunun futbolçusunda xərçəng xəstəliyi aşkarlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Səhiyyə, İdman, Futbol

Azərbaycan klubunun futbolçusunda xərçəng xəstəliyi aşkarlanıb

Azərbaycan klubunun futbolçusunda xərçəng xəstəliyi aşkarlanıb

Bakının AZAL klubunun futbolçusu Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb.

AzNews.info xəbər verir ki, bu barədə Report-a komandanın baş həkimi Sədrəddin Məmmədov məlumat verib.

S.Məmmədovun sözlərinə görə, 30 yaşlı müdafiəçi bu yaxınlarda ona müraciət edərək, dirsəyindəki şişin böyüdüyünü və iki aydır ağrılar hiss etdiyini bildirib:

“Rüfət əvvəllər mənə bu haqda heç nə deməmişdi. Amma maraqlandıqda məlum oldu ki, iki ildir qolunda şiş var imiş. Ona görə də valideyninə məlumat verdim ki, oğlunu Onkoloji Dispanserdə müayinədən keçirsin”.

Baş həkim hələlik şişin bəd, yoxsa xoş xassəli olmasına aydınlıq gəlmədiyini açıqlayıb. O, fevralın 1-də məlum olacaq analizlərin cavablarına əsasən, xəstəliklə bağlı mükahimə yürüdəcəklərini vurğulayıb.

Qeyd edək ki, Rüfət Musayev AZAL-a “Neftçala”dan transfer olub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *