Putinin xəstəliyi təsdiqləndi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Putinin xəstəliyi təsdiqləndi

Putinin xəstəliyi təsdiqləndi


Böyük Britaniyanın The Times qəzeti Rusiya prezidenti Vladimir Putinin xəstəliyi ilə bağlı gəzən şayiələrin doğru olduğunu yazır.

ANS PRESS-in məlumatına görə, qəzet ABŞ generallarından birinə istinadla bu xəbəri yayıb.

ABŞ generalı bildirib ki, Putinin xəstəliyi barədə ona Rusiya hərbi dairələrində və xüsusi xidmət orqanlarında çalışan həmkarları deyib. Yüksək rütbəli hərbçilərin daxil olduğu “Elba” qrupunun adı çəkilməyən iştirakçısının sözlərinə görə, Putinin martın əvvəllərində "yoxa çıxmasına" səbəb onun xəstəliyi olub.

"Putin ölkədə hər şeyə nəzarət edir. Rusiya siyasi və mədəni mühiti prezidentin hər hansı zəifliyini və ya xəstəliyini təsdiqləyəcək dərəcədə inkişaf etməyib", - adı açıqlanmayan general bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov Putinin xəstəliyi ilə bağlı gəzən şayiələri eşidəndə gülmüşdü.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *