Yaponiyada mutasiyaya uğramış çobanyastığı – FOTO
İnternetdə 2011-ci ilin mart ayında Fukusima Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra mutasiyaya uğramış çobanyastığı çiçəklərinin şəkilləri getdikcə daha çox populyarlıq qazanır.
Oxu.Az xəbər verir ki, qeyri-adi güllərin şəklini Yaponiyadan olan istifadəçi Twitter-də paylaşıb.
Şəkil qəzanın baş verdiyi ərazinin yaxınlığında may ayında çəkilib, amma internetdə fəal şəkildə yalnız indi yayılır.
Radiasiyanın təsirinin nəticəsi yalnız bu, qeyri-adi gül olmayıb. Daha öncə Yaponiyada mutasiyaya uğramış tərəvəz və dovşanlar haqqında məlumatlar da daxil olub.
Fukusima AES-da qəza, 2011-ci ilin martında güclü zəlzələ və sunamidən sonra baş verib. Radiasiya ucbatından yüz minlərlə insan öz evlərini tərk etməli olublar. 2013-cü ilin sonunda AES rəsmi olaraq bağlandı. Orada qəzanın nəticələrinin ləğv edilməsi işləri gedir.
Ekspertlər hesab edirlər ki, bu işləri yalnız 30-40 ildən sonra bitirmək mümkün olacaq, bu proqnozları optimistik adlandıranlar da var. Fukusimada qəzadan sonra Yaponiyada bütün AES-lərin işi dayandırılıb.
Mənbə:> Oxu.Az