20 atom bombası gücündə zəlzələ: Everest yerindən oynadı
İki ay əvvəl Nepalda baş verən güclü zəlzələ böyük fəlakətlə yanaşı geoloji dəyişikliyə də səbəb olub.
ANS PRESS-in məlumatına görə, bu ilin aprel ayında Nepalda baş vermiş zəlzələ nəticəsində dünyanın ən böyük dağı hesab edilən Everest (Comolonqma) 3 santimetr sürüşməyə məruz qalıb. Bu barədə “China Daily” xəbər yayıb.
Xəbərdə bildirilir ki, maqnitudası 7.3 bal olan zəlzələnin 20 atom bombası gücündə qiymətləndirilir.
Hər il şimal-şəq istiqamətində 4 santimetr sürüşdüyü bilinən Everestdə bu dəfə zəlzələ nəticəsində əksinə olub.
Xatırladaq ki, aprel ayında baş vermiş rixter cədvəli ilə 7.8 bal gücündə zəlzələ nəticəsində 8 600-dən çox insan ölmüşdü.
Mənbə:> ANSPRESS