Gəncə un fabrikindəki qəzanın şahidi danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Gəncə un fabrikindəki qəzanın şahidi danışdı – VİDEO

Gəncə un fabrikindəki qəzanın şahidi danışdı


Gəncədə un fabrikində qəza baş verib. Nəqliyyatın hərəkətinin intensiv olduğu yola 100 tonlarla taxil dağılıb. Qəzanın fəsadları aradan qaldırılır.

ANS TV-nin məlumatına görə, Gəncənin Əziz Əliyev prospektində yerləşən un məhsulları istehsal edən fabrikdə taxıl saxlanılan rezervuarda hələlik məlum olmayan səbəblərdən qəza baş verib.

Nəticədə rezervuarda olan min tona yaxın taxılın 600 tonu ətrafa dağılıb. Təzyiqlə dağılan taxıl müəssisənin hasarını uçurub, yol kənarındakı elektrik və qaz xətlərini qırıb. Nəticədə ərazidə işıq və qaz təchizatı dayandırılıb. Ancaq qəza tələfatsız ötüşüb.

Fabrikin yaxınlığından keçən yol, hərəkətin intensiv olduğu yollardan olsa da, qəza anında yaxınlıqda avtomobil olmayıb. Müəssisənin işçiləri də rezervuardan kənarda olduğundan xəsarət alan yoxdur.

“Maşınla burdan keçərkən 5-6 saniyədən sonra un fabrikində partlayış baş verdi. Partlayış baş verən zaman qorxduq. Tez bir zamanda maşını kənara çəkərək saxladıq. Sonra əraziyə göz gədirdik, gördük ki, hadisə zamanı heç kim xəsarət almayıb”, - deyə hadisə şahidi bildirib.

Qəzadan sonra yolda hərəkət dayandırılıb və yola dağılan taxıl yığılıb. İşə müəssisənin əməkdaşları və texnikası cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırmalara başlanılıb.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *