Məmurlar açıq-saçıq geyimlərə qarşı sərt tədbirlərə başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Maraqlı

Məmurlar açıq-saçıq geyimlərə qarşı sərt tədbirlərə başladı

Məmurlar açıq-saçıq geyimlərə qarşı sərt tədbirlərə başladı

Yanvar ayında Özbəkistanın Qadınlar Komitəsinə yeni sədr təyin edilib. Bu, baş nazirin müavini Elmira Bositonovadır.

Virtualaz.org saytı xəbər verir ki, “Azadlıq” radiosunun özbək xidməti onun geyim standartları kampaniyasından yazıb.

Özbək hakimiyyətinin “arzuolunmaz” geyimlər siyahısı müxtəlif əks qütbləri əhatə edir. Bura çox mühafizəkar sayılan İslam geyim tərzi ilə yanaşı xarici geyimlər də daxildir.

Amma Bositonova qarşısına bir başqa məqsəd də qoyub, o, açıq geyimlərlə mübarizə aparır. Müğənni Yoldaşeva səhnədə açıq geyiminə görə hədəfə alınıb (sonralar başqa qadın müğənni ilə duet oxuduğu üçün Özbəkistanda bəzi insanlar onun lesbiyan olduğuna işarə edir).

İyun ayında Bositonova parlamentin hər iki palatasına, eləcə də məşhur mədəniyyət və incəsənət xadimlərinə, restoran menecerlərinə və müğənnilərə Yoldaşevanın adını çəkmədən müraciət edib.

Məmurlar açıq-saçıq geyimlərə qarşı sərt tədbirlərə başladı


Komitə sədri müraciətində bəzi qadın müğənnilərin səhnədəki çıxışlarında, çəkilişlərdə açıq-saçıq geyimlərindən hiddətləndiyini açıq şəkildə bildirib: “Bu faktı necə izah edə bilərik ki, bəzi qadın müğənnilərimiz milli tərzimizdən gen düşərək ailəvi baxdığımız telekanallardakı çıxışlarında və kliplərdə çox açıq-saçıq geyimlərdə və sözləri heç bir tənqidlə üzləşməyən mahnılar oxuyurlar?”

Milli İfa Sənətinin İnkişaf və Koordinasiya Şurasının sədri İkbol Mirzo da Bositonovaya dəstək verib. O deyib ki, səhnə tamaşalarında bəzi mənəvi dəyərləri aşılamaq üçün “qanunlarla kömək etməyin” vaxtıdır.

Bu kampaniyaya qoşulanlar deyirlər ki, Daşkənddə 140 toyxana var. Bu toyxanalar “özlərini başqalarına göstərmək festivalına” çevrilib, burada insanlar yeməyə və əyləncəyə çoxlu pul sərf edirlər.

Bositonova yığıncaq iştirakçılarına söyləyib: “Özbəkistan Robinzon Kruzonun adası deyil. Əgər kimsə fikiləşirsə ki burada demokratiya var və kim nə istəyirsə, onu da edəcək, onların səhvi var”.

Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova

Bositonovanın mənəviyyat və nizam-intizam haqqında xəbərdarlıqlarından sonra 3 qadın müğənniyə səhnəyə və televiziyaya çıxmaq qadağan olunub, 11 sənətçiyə isə xəbərdarlıq edilib.

Məmurlar açıq-saçıq geyimlərə qarşı sərt tədbirlərə başladı


Məşhur müğənni Anar Sabirovun fəaliyyət lisenziyası ləğv edilib. Buna səbəb kimi onun ifaçılara lisenziya verilməsinə və yaxud onların çıxışlarına qadağa qoyulmasına məsul dövlət agentliyi - “Uzbeknavo”nun yığıncaqlarına qatılmaqdan imtina etməsi göstərilib.

Esmeralda Tamila Rahmatovaya isə səhnə qadağası qoyulub. Onun guya çılpaq şəkillərini sosial şəbəkələrdə yaydığı üçün belə qadağalarla üzləşdiyi bildirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *