Azərbaycanlı “maqnit adam”dan dünya rekordu – VİDEO
Gürcüstandan olan soydaşımız bədənindəki bioenerji vasitəsilə hamını heyran qoyub. “Maqnit adam” iki yeni dünya rekorduna imza atıb.
ANS TV-nin məlumatına görə, 16 qat dünya rekordçusu Gürcüstandan olan soydaşımız Etibar Budaqlı daha iki yeni rekorda imza atdı. “Maqnit adam” 23 saniyə ərzində 14 metal sinini ardıcıl olaraq bədəninə cəzb etməklə bu növdə dünya rekordunu yeniləmiş oldu.
O, daha sonra metal sinini sinəsi üzərində gəzdirməklə də yeni dünya rekorda adını yazdırdı. Pəhləvana yeni rekordlarının şəhadətnamə medalları təqdim edildi.
Bununla da 18 qat dünya rekorduçusu adını qazanan Etibar Budaqlı növbəti planlarında Azərbaycandan olan bir neçə pəhləvanla birgə çalışmaq olduğunu dedi:
“Artıq biz Azərbaycanda pəhləvan qrupu yaratmışıq. Yəni dünya rekordçuları pəhləvanlar qrupudu. Laçın və Hüseyn qardaşları Ukraynada rəsmi olaraq dünya rekordçusu adını qazandılar. Qrupumuzun başqa bir üzvü olan, Azərbaycanın ən tanınmış pəhləvanı Vüsal Cavadov da artıq qrupa daxil olub. Onun da dünya rekorduna düşəcək nömrələri var. Və biz dördümüz birləşib xüsusi pəhləvanlıq nümunəsi, yəni dünyada təkrarı olmayan nümunələr göstərəcəyik rekorda aid”.
Bədənindəki bionerji vasitəsilə göstərdiyi müxtəlif nömrələrlə ötən il “Ginnesin rekordlar kitabı”na adını yazdırmış pəhləvan bu kitaba düşən ilk azərbaycanlıdır.
Mənbə:> ANSPRESS