Rəşad Dağlı "Maşın"da rekorda imza atdı
ANS-in efirində yayımlanan əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunda son oyunun qalibi müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, "Maşın"ın 13-cü sürətində tanınmış meyxanaçı Rəşad Dağlı rekorda imza atıb. Belə ki, o "Maşın" şou tarixində 6-ci dəfə qalib gəlib. 51,11% səs toplayan meyxanaçı əvvəlcədən hədəf olaraq açıqladığı stilist Anar Ağakişiyev oyundan kənarlaşdırdı.
Bu iki şəxs arasında gərgin oyun getdi. Onlar özlərinə məxsus şəkildə tamaşaçılarından səs istədilər. Lakin sonda qalib Rəşad Dağlı oldu.
“Çox həyacanlıyam.Danışa bilmirəm.Mənə dəstək olan səs verənlər və Azərbaycan xalqı qarşısında baş əyirəm. Hədəfim dəyişməyib. Anar Ağakişiyev”, - deyə Rəşad Dağlı bildirib.
Artıq “Maşın” realiti-şousunda final başladı.Bundan sonra əsas hədiyyə uğrunda üç nəfər mübarizə aparacaq. Finala qalanlar meyxanaçı Rəşad Dağlı, müğənni Xatirə İslam və müğənni Samir Cavadzadədir.
Mənbə:> ANSPRESS