Daha bir müğənni üçün “maşın nağılı” bitdi – VİDEO
“Daha bir nağıl” devizi ilə ANS-də yayımlanan “Maşın” realiti-şouda bu gecənin nağılı müğənni Rüfət Axundov üçün bitdi.
AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, günün hədəfi stilist Anar Ağakişiyev 82,27% səslə oyunda qalıb. Kürsüyə yaxınlaşan Anar hər kəsə təşəkkür edib və oyunda qaldığı üçün pərəstişkarlarına təşşəkkür edib.
Anar Ağakişiyev səs toplayarsa, kimi kənarlaşdıracağını açıqlamamışdı. Təkcə xanımlara - Mehriban ve Xatirəyə toxunmayacağını bildirmişdi.
Anar “mənim mübarizəm “baqaj qruplasmasıyladı” dedikdə isə konkret olaraq Emil Bədəlov, Aşıq Əli və Rüfət Axundov Anarın getməsi üçün səs istədilər.
Nəticədə 3 nəfər 1 nəfərə qarşı səs istədi. Səs toplayan Anar əsas rəqibləri Aşıq Əli və müğənni Emil Bədəlovu şouda saxlamaqla onlarla mübarizəsini davam etdirəcəyini bildirdi. Anar Ağakişiyev “Maşın” realiti-şousundan müğənni Rüfət Axundovu uzaqlaşdırıb.
Mənbə:> ANSPRESS