"Maşın şou"da qalmaqal – VİDEO+FOTO
başaladığı ilk gündən böüyük marağa səbəb olan və ANS-in efirində yayımlanan “Maşın” realiti şousunda ötən gün daha bir qalamaqal yaşandı. Bir gündə 3 nəfər şounu tərk etdi.
Müğənni Kərim oyunların ikinci günündə hisslərini cilovlaya bilməyərəq könüllü sürətdə oyunu tərk edib.
ANS PRESS-in məlumatına görə, Kərimin oyunu tərk etməsi şouda gərginliyi görünməmiş həddə çatdırıb. Aparıcı və layihənin rəhbəri Murad Dadaşov isə Kərimin getməyindən çox üzüldüyünü və onun maraqlı oyun aparan bir iştirakçı olduğunu vurğulayıb.
Kərim Abbasov oyundan elə-belə getməyib. Onun oyundan çıxmasının böyük bir səbəbi var idi. Buna səbəb aktirisa Mehriban Xanlarovanın Kərim tərəfindən oyundan uzaqlaşdırması söz-söhbətləri olub.
Xanım aktrisa isə bu sözlərə belə reaksiya verdi: “Mən Kərimə neyləmişəm ki, o məni oyundan uzaqlaşdırmaq istəyir. Kərim məni uzaqdan görəndə Can Mehriban deyən bir adamdır”.
Mehriban xanımım bu aqressiv danışıqları Kərimi özündən çıxararıb. O, aktrisa sakitləşsin deyərək əlini maşından götürüb. Kişi müğənnin bu hərəkətinə isə bütün iştirakçılar narazılığını bildirib. O gedərkən hamı ilə belə sağollaşdı: “Mən kişiyəm və mənim hülqumum var. Hamınızın qeyrətinə qurban olum”.
Vəziyyəti normallaşdırmaq üçün layihənin icraçısı Elşən Babayayev məsələyə müdaxilə etdi və Kərimi şoudan yola saldı.
Oyunda qalamaq üçün kifayət qədər səs toplamağı bacaran M.Xanlarova əsas rəqim kimi gördüyü xalq artisti Aygün Kazımovanı oyundan uşaqlaşdırıb. Buna etiraz olaraq isə Rəhim Rəhimli əlini maşından çəkərək, oyunu tərk edib.
Həmin anın maraqlı kadrlarını təqdim edirik:
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da ANS-də yayımlanır.
Şounun iştirakçıları əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik Kələntərli, Günel Ələkbərova, Xatirə İslam, Samir Cavadzadə, Roza Zərgərli, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı, stilist Anar Ağakişiyevdir.
Mənbə:> ANSPRESS