"Simurq"un prezidenti artıq azadlıqda
Bu barədə virtualaz.org saytına Anar Bəkirovun vəkili Rəsul Sadiqov bildirib.
Onun sözlərinə görə, Anar Bəkirovun Azərbaycan Beynəlxalq Bankına borcu olmayıb. Futbol klubunun prezidentinin "Garant" bankından götürdüyü 1 milyon manat ödənməmiş krediti var.
Hazırda Anar Bəkirov azadlıqdadır.
Qeyd edək ki, Anar Bəkirov hüquq-mühafizə orqanları tərəfindən istintaqa çağırıldığını etiraf etmişdi.
Mənbə:> Virtualaz.org