Rəşad Dağlıdan "Maşın"da rekord – VİDEO
ANS-in efirində yayımlanan əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunda son oyunun qalibi müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, "Maşın"ın 13-cü sürətində tanınmış meyxanaçı Rəşad Dağlı rekorda imza atıb. Belə ki, o "Maşın" şou tarixində 5-ci dəfədir ki, qalib gəldi. 57,92% səs toplayan meyxanaçı əvvəlcədən hədəf olaraq açıqladığı ABD Maliki oyundan kənarlaşdırdı.
Bu günkü oyunda iştirakçılardan 7 nəfəri onun şəklini atmışdı. Rəşad Dağlı qalib gələrsə, oyundan kimi kənarlaşdıracağını da açıqlamışdı. O hədəfinin ABD Malik olduğunu demişdi.
Bu iki şəxs arasında gərgin oyun getdi. Onlar özlərinə məxsus şəkildə tamaşaçılarından səs istədilər. Lakin sonda qalib Rəşad Dağlı oldu.
Mənbə:> ANSPRESS