“Maşın”da onun getməyi kimin ürəyindən oldu? » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Video

“Maşın”da onun getməyi kimin ürəyindən oldu? – VİDEO

“Maşın”da onun getməyi kimin ürəyindən oldu?


ANS-in efirində yayımlanan Azərbyacanın ən reytinqli "Maşın" realiti-şousunda iştirakçıların bu gecəki hədəfinin az səs toplayaraq şoudan uşaqlaşması bəzi iştirakçıların ürəyincə olub.

ANS PRESS-in məlumatına görə, əməkdar artist Murad Dadaşovun layihə rəhbəri və aparıcısı olduğu "Maşın" şounun növbəti buraxılışında iştirakçılar müğənni Emil Bədəlovun şəklini atıblar.

Sənətçi səs topladığı təqdirdə stilist Anar Ağakişiyevi oyundan uzaqlaşdıracağını bildirmişdi, lakin onun bu istəyi baş tutmayıb və 41,19 faiz səs yığaraq şounu tərk etməli olub.

Teleaparıcı səs faizlərini açıqlayarkən "getsin"ə daha çox səs verildiyini dedikdə, şounun keçmiş iştiraçılarından olan və tamaşaçı qismində əyləşən aktrisa Mehriban Xanlarova sevincini gizlədə bilməyib. İştirakçılardan aşıq Əli isə bu qərara kədərlənib. beləliklə də realiti-şouda qruplaşmanın olduğu hər gün daha da aydın olur.

Xatırladaq ki, aktrisa şouda olduğu vaxt müğənni ilə aralarında mübahisələr yaşanmışdı.

Hazırda şouda iştirakını davam etdirənlər müğənnilər Xatirə İslam, Samir Cavadzadə, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.

Veriliş hər axşam saat 22:00-da ANS TV-də yayımlanır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *