Azərbaycan avtomobil satışı üzrə dünya reytinqində
Keçən il minik avtomobilləri və kommersiya avtomobillərinin satışı üzrə dünya rekordu qoyulub.
Oxu.Az xəbər verir ki, “AVTOSTAT” analitik agentliyi focus2move şirkətinin Azərbaycanın bu bazarda satışının azalması və dünya reytinqində 87-ci pillədən 88-ci pilləyə enməsi barədə ilkin məlumatını təqdim edib.
2014-cü ildə minik avtomobilləri və kommersiya avtomobillərinin dünya satışı 2013-cü il ilə müqayisədə 3,4% və ya 2,9 milyon ədəd artaraq 87 milyon ədədə çatıb. Beləliklə də satışın yeni rekordu qoyulub.
Bu məlumatı 148 ölkənin avtomobil bazarlarından alınan rəqəmlərə əsaslanaraq focus2move şirkəti təqdim edib.
Şirkətin analitiklərinin fikrincə, dünya bazarını iki hissəyə bölmək olar, bir tərəfdən – satışı 2,9 milyon avtomobil artıran Çin və ABŞ, digər tərəfdən isə keçən il bərabər satışa malik olan digər bazarlar.
Cədvəldə göstərilən ilkin məlumatdır. Belə ki, 2014-cü il üçün satışlara dair bəzi rəqəmləri dəqiqləşdirmək üçün ən azı altı ay zaman lazımdır, bununla yanaşı, Yaxın Şərq üzrə konsolidasiya edilmiş məlumat yoxdur, focus2move şirkətinin qeydindən sitat gətirən “AVTOSTAT” agentliyi bildirib.
2011-2014-cü illərdə 148 ölkədə minik avtomobilləri və kommersiya minik avtomobillərinin satışı (məlumat ingilis dili əlifbasına uyğun olaraq sıralanıb):
Mənbə:> Oxu.Az