"13" və "666" rəqəmlərinin sirri nədədir? » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Foto

"13" və "666" rəqəmlərinin sirri nədədir? – FOTO

"13" və "666" rəqəmlərinin sirri nədədir?


Bir çox insanlar fərqinə belə varmadan və ya inkar etsələr də batil inanclara inanır, onların uğursuzluq gətirəcəyini düşünürlər. Hətta elə insanlar var ki, təsadüfən ortaya çıxan "əlamətlərin" ölüm gətirəcəyinə belə inanırlar.

Bəziləri 13, 666 kimi rəqəmlərdən qorxar, bəziləri də qarşısından qara pişik keçəndə yolunu dəyişir, ya da yolundan qayıdırlar, güzgü sınanda, duz dağılanda mütləq hansısa bədbəxtliyin, uğursuzluğun olacağını gözləyirlər. Bəs bu inanclar necə, hansı şəraitdə yaranıb? Deyilənlər, həqiqətən də doğrudurmu?

AzNews.info bu dəfə oxuculara belə batil inancların necə, hansı şəraitdə yaranmasından məlumat verəcək.

666 rəqəmindən qorxu elmdə hexakosioihexekontahexafobiya adlanır. Çoxları bu inancın xristianlardan gəldiyinə əmindir. Çünki müqəddəs mətnlərdə 666 şeytanı simvolizə edir. Hətta ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan yeni evinə köçəndə küçənin nömrəsinin 666 olduğunu biləndə onu 668 edilməsini əmr edib.

13 rəqəminin uğursuz olması haqqında müxtəlif versiyalar var. Bunlardan ən geniş yayılanı isə odur ki, Yahuda İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi sonuncu şam yeməyində 13-cü stulda oturub. 13 rəqəmindən qorxma triskaidekafobiya adlanır. Məhz bu inanca görə bir çox binaların 13-cü mərtəbəsi yoxdur. Həmin binlarda 12-dən sonra 12B, ya da birbaşa 14-cü mərtəbə gəlir.

Qara pişiklər də bir çox ölkələrdə, uğursuzluq əlaməti sayılır. Bəzi insanlar qara pişiyin ölüm gətirəcəyinə də inanır. Lakin Birləşmiş Krallıq, Yaponiya kimi ölkələrdə bu heyvanların uğurlu olduğu düşünülür.

Elə insanlar da var ki, sınan güzgünün 7 il uğursuzluq gətirəcəyinə inanırlar. Guya güzgülər insan ruhunu ələ keçirir. Qırılanda isə ruhun bir parçası da güzgü ilə birlikdə sınır. Ona görə, bəziləri insan öləndə güzgülərin üstünü tamamilə örtürlər ki, ölən adamın ruhu güzgüdə həbs olunmadan evi tərk etsin.
Nərdivanların altından keçmək də kimlər üçünsə uğursuzluq sayılır. Buna səbəb əmələ gələn üçbucaq göstərilir. Hərçənd ki, bu batil inanca uymaq, daha doğrusu əməl etmək insan həyatını xilas edə bilər.

Bir çox batil inanclar öz təsir dairəsini itirsə də, məktub zənciri elektron məktublaşma, sosial şəbəkələrin meydana gəlməsi ilə yenidən dirçəlib. Məktub göndərmə "ənənəsi" 1888-ci ildən etibarən geniş yayılıb. İnsanlar göndərdikləri məktubu yaymazlarsa, məktub alanın başına bədbəxt hadisələrin gələcəyini deyirlər. Bu inanclardan istifadə edən bir çox işbazlar da bundan pul qazanmaq üçün istifadə edirlər.

"13" və "666" rəqəmlərinin sirri nədədir?
"13" və "666" rəqəmlərinin sirri nədədir?
"13" və "666" rəqəmlərinin sirri nədədir?
"13" və "666" rəqəmlərinin sirri nədədir?
"13" və "666" rəqəmlərinin sirri nədədir?
"13" və "666" rəqəmlərinin sirri nədədir?

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *