“Eurovision-2015”də gizlənən siyasi mesajlar – FOTO
The Guardian qəzeti “Eurovision -2015” mahnı müsabiqəsi barədə məqalə dərc edib.
“Qafqazinfo”nun məlumatına görə, məqalədə musiqi yarışmasında iştirak edən ölkələrin mahnı sözlərində verdiyi siyasi mesajlara diqqət yetirilib.
Bella Qvist imzalı məqalədə “Eurovision”un ölkələri bir yerə gətirən “yüngül əyləncə proqramı” olaraq hazırlandığını, siyasi ismarıcların isə qəti şəkildə qadağası vurğulanıb.
Ancaq buna baxmayaraq yarışmada bir çox ölkələr siyasi məzmunlu mahnıların səsləndirildiyi xatırladılıb.
Məqalədə Ermənistan təmsilçisi “Genealogy” qrupunun rəsmən “sülh, birlik və sevgi” mövzulu “Face the Shadow” (Kölgəylə üzləş) mahnısının əvvəl “İnkar etmə” adıyla yarışmağa qatıldığı, təşkilatçıların çox siyasi olması səbəbindən mahnının adının dəyişdirildiyi qeyd edilib.
1915-ci il hadisələrinin 100 illiyinin xatırlandığı mahnıda “inkar etmə” sözləri eşidilir və klipdə yavaş- yavaş boşalan bir ailə portretinin yer aldığı göstərilir.
Yunanıstan üçün “Avroya üstü örtülü bir vida mı?” şərhi edilən yazı belə davam edir:
"Guya bir boşanmandan bəhs edilən Yunanıstanın “One Last Breath” (son bir nəfəs) adlı mahnısı ölkənin iqtisadi problemlərindən bəhs edir. Mahnıda “geri gəl və qurtar məni” deyilir.
Siyasi məzmununa diqqət çəkilən bir başqa mahnı da Rumıniyaya aiddir.
“All Over Again” adlı mahnıda ana və atalarının xaricdə işə gedərkən geridə buraxdığı uşaqlardan bəhs edilir. Məqalədə valideynlərin ölkəni tərk
etməsi, uşaq hüquqlarının pozulmasına toxunulub.
Mənbə:> Qafqazinfo.az