Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Dünya, Foto

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət – FOTO

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


Bali adasına, yer üzündəki cənnətə səyahət arzum Elizabet Qilbertin "Ye, dua et, sev" əsərini oxuyandan və roman əsasında çəkilmiş eyniadlı filmə baxandan sonra yarandı. Baş qəhrəman Lizin hekayəsinin xoşbəxt sonluqla bitməsini Balinin sehrli ab-havası ilə əlaqələndirirdim. Adaya səyahətim ərəfəsində baş verənlər bunu bir daha sübut etdi. ANS PRESS-in məlumatına görə, Buro247.az-ın səyahət bölümü oxucuları bu dəfə virtual olaraq İndoneziya ilə tanış edir.

Qısa məlumat: Bali İndoneziyanın 27 əyalətindən biridir, 8 inzibati ərazi idarəetmə dairəsinə bölünüb. Adanın təxminən 4 milyon sakini var. İnzibati mərkəzi adanın cənubunda dəniz sahilində olduqca mənzərəli yerdə yerləşən Denpasardır. Şəhərdə çoxlu sayda məbədlər, binalar, eyni zamanda çoxsaylı tipik kənd evləri var. Lakin burada binanın hündürlüyü kakos və palma ağaclarından hündür ola bilməz.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


Turistlərin diqqətini ən çox cəlb edən adanın yaşıllığı və təbii ki, okeandır. Çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə zonaları turistlərin "min bir gecə nağılları"-ndakı kimi dincəlməsini təmin edir və onlara ən yüksək səviyyədə xidmət göstərir. Adada hündürlüyü 3142 metr olan Aqunq vulkanı yerləşir. Orada olduğunuz müddətdə naharınızı adıçəkilən vulkanın yaxınlığında etməklə, mənzərəsini seyr edə bilərsiniz. Müəyyən fasilələrlə püskürən bu vulkan daim turistlərin diqqətini cəlb edir.

Balinin havası da turistlər üçün olduqca əlverişlidir. Adada ekvatorial-musson iqlimi üstünlük təşkil edir. Yayda əsasən quru cənub-şərq, noyabrda isə şimal-şərq küləkləri əsir. Adanın ekvator yaxınlığında yerləşməsi onun iqliminə güclü təsir göstərib. Balidə orta illik temperatur 28 dərəcədir, tropik leysan yağışları adətən, gecələr yağır, gündüzlər isə onu günəşli hava əvəzləyir.

Səfər müddətində qaldığım digər otel "Intercontinental Bali" oldu. Yüksək səviyyəli xidmət, okeana açılan mənzərə, axşamlar isə milli rəqslərlə zəngin şoular heç bir turisti darıxmağa qoymur. Bütün otellərdə olduğu kimi "Intercontinental Hotel" də qonaqlarına müxtəlif ölçülü - həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuş hovuzlar, əyləncə zonaları, açıq hava altında massaj və ya romantik şam yeməyi üçün qurulmuş xüsusi çadırlar təklif edir. Otel okeanın sahilində yerləşdiyi üçün gecələr dalğaların səsindən həzz alacaqsınız. Yeri gəlmişkən, Balidə sörfinq həvəskarları və su əyləncəsini sevənlər də darıxmayacaqlar. Çimərliklərin çoxunda paraşüt gəzintisi və digər əyləncələr turistlər üçün pulsuzdur. Cənnət adanı quş gözüylə izləməyi də unutmayın.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


Balidə həyat:
İndoneziya dünyada ən böyük müsəlman dövləti olsa da, Balidə əhalinin böyük əksəriyyətini industlar təşkil edir. Adada islam, buddist, induizm, xristian (katolik, pravoslav) dinlərinə mənsub insanlar yaşayır. Hətta mərkəzi küçələrdən birində bütün dinlərə məxsus məbədlərin yanaşı yerləşməsi burada insanların qarşılıqlı hörmətlə yaşadığına bir sübutdur. Balidə rəsmi olaraq, 5 dinə sitayiş edirlər. Heykəllərin belində müxtəlif rəngli parçaların sarıldığını görsəniz, təccüblənməyin. Sarı rəngli parça Qoruyucu Tanrını, qırmızı Yaradanı, ağ-qara isə Şiva Tanrısını simvolizə edir.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


İndoneziyada 500-ə yaxın dil və dialekt var. Balidə isə İndoneziya dilindən başqa, Bali dili də mövcuddur. Orta məktəblərdə İndoneziya, Bali və ingilis dilləri tədris olunur, lakin insanların çoxu müxtəlif dil kurslarına yazılaraq, digər xarici dilləri də öyrənirlər. Maraqlıdır ki, Balidə soyad yoxdur. Burada yalnız Bali adı və valideynlər tərəfindən qoyulan ad var. Dövlət ailələrə 2 uşağın olmasını məsləhət görür. Uşaqlara adlar bu ardıcıllıqla qoyulur: Vayan (I uşaq), Made (II uşaq), Nyoman (III uşaq) və Ketut (IV uşaq). Odur ki, əhalinin yarıdan çoxu adaş hesab edilir.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


Ölkəyə gəlir, əsasən, xalq təsərrüfatı və turizmdən gəlir. Ümumiyyətlə, burada düyü, çay və kofe plantasiyaları olan ailə varlı hesab edilir. Bundan başqa, batika fabrikləri də adadakı əsas iş yerlərindən biridir. Bu, qumaş üzərində möhürləyici məhlulların istifadəsi ilə aparılan nəqqaşlıqdır. Batika fabrikindən yolunuz düşsə, açıq hava altında çalışan onlarla qadın və kişilərin iş prosesini görə bilərsiniz.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


Balidə pensiyanı yalnız dövlət işində çalışan insanlar aldığı üçün əhalinin yarıdan çoxu ömürlərinin sonuna qədər məzuniyyət götürmədən işləyirlər. Orta aylıq əmək haqqı 500-800 dollar təşkil edir. Ərzaq məhsullarının qiyməti ucuz olduğundan yaşayış səviyyəsi normaldır. Balidə ictimai nəqliyyat yalnız şəhərin mərkəzində fəaliyyət göstərir, yerli əhali, əsasən, motosikletlərdən istifadə edir. Bu, həm sərfəlidir, həm də ensiz küçələrdə tıxac yaratmamaq üçündür.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


Gəzməli-görməli yerləri:
Balidə mütləq ziyarət olunmalı məbədlərdən biri Beraban kəndində vulkanik qayanın zirvəsində yerləşən "Pura Tanah Lot"-dur. Hind okeanı sahilində yerləşən məbəd insana ruhən sakitlik verir: burada müxtəlif dini ayinlər keçirilir, qayanın içərisində isə müqəddəs hesab olunan ilanlar yaşayır. Deyilənlərə görə, əgər ilanlara sığal çəkərək, 3 arzu diləsən, qısa zamanda yerinə yetəcək. Baliyə gəlib, belə bir şansı dəyərləndirməmək olmazdı. Adanın sehrli qüvvəsinə inanıb, bunu da sınaqdan keçirdim.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


Pura Tanah Lot həm də günəşin qürubunu izləmək üçün ən ideal yerdir. Məbəd XIV əsrdə Nirartxi adlanan kahin tərəfindən tikilib, hazırda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxildir. Nirartxi XVI əsrdə Yava adasından Baliyə gələn sonuncu brahmanlardan olub. Lakin yerli qəbilə başçısı onun adadan getməyini istəyir. Brahman əmrə tabe olaraq sıldırım qayaya sahildən kənarlaşmağı əmr edir. Hazırda həmin məbədə gedən yolu okean yuyur və yalnız su çəkiləndə yolu keçərək məbədə daxil olmaq mümkündür. Ümumiyyətlə, Balidə məbədlərin yarıdan çoxu sahildə yerləşir. Yerli əhali inanır ki, məhz bu, adanı sunami və digər təbii fəlakətlərdən qoruyur.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


Baliyə gedirsinizsə, səfər proqramınıza "Quşlar və sürünənlər parkı"-nı daxil edin. 2 hektarlıq ərazidə dünyanın bütün ölkələrindən gətirilmiş 250 çox quş və sürünən növü var. Burada rahat gəzişərək, həm heyvanlara tamaşa edə, həm də müxtəlif növ tutuquşular, kərtənkələlər və tısbağalarla şəkil çəkdirə bilərsiniz. Parkda peşəkar fotoqraflara müraciət etsəniz, bunun üçün təxminən 25-30 dollar ödəməli olacaqsınız.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


Cianyare rayonunda yerləşən "Safari park" Balidə hər bir turistin mütləq baş çəkməli olduğu məkanlardan biridir. Klassik Afrika safarisi və Bali milli mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən parkda 60-dan çox ekzotik, o cümlədən, "Qırmızı kitab"a daxil olan nadir heyvan növlərinə tamaşa edə bilərsiniz. Meşəni xatırladan parkda gəzinti yalnız safari-avtobuslarla mümkündür və bu zaman sizi parkın bələdçiləri müşayiət edəcəklər. Şir, pələng, ayı, bəbir, zürafə, fil kimi heyvanların qorunduğu yerdə gecələmək istəyənlər üçün parkın daxilində otellər və restoranlar da fəaliyyət göstərir.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


"Ye, dua et, sev" filmində baş qəhrəman Lizin olduğu məkanlar sırasında Balinin məşhur "Meymunlar meşəsi" də var. Bu səbəbdən Ubuda rayonunda yerləşən qoruğa turist axını müşahidə olunur. Meşədə 4 növ meymun yaşayır və onların sayı 600-dən çoxdur. Meymunlar xüsusi bəslənir, gündə 3 dəfə qidalanırlar. Girişdə turistlərə onlardan uzaq durmağı, üzərlərində olan aksesuarları çıxarmağı və meymunları yemləməməyi məsləhət görürlər. Meşədə həm də qədim Pura Dalem Aqunq Padanqteqal məbədi yerləşir. Rəvayətə görə, meymunlar artıq əsrlərdir ki, bu müqəddəs yeri qoruyurlar.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


Balidə meymunların yaşadığı digər bir yer isə Uluvatu məbədinin ətrafıdır. Yüksək qayanın zirvəsində, Hind okeanından yüz metrlərlə yüksəkdə yerləşən abidə Balinin əsas turistik rəmzlərindən hesab olunur. Məbəd sıx meşəlikdə yerləşdiyi üçün burada olan meymunlar daha vəhşidirlər.

Mətbəxi:
Ağız dadı Azərbaycanın zəngin mətbəxinə və dadlı təamlarına öyrəşmiş insanlara Balidə bəlkə də çətin olacaq. Bali mətbəxində dəniz məhsulları, tərəvəzlər və bitkilərdən hazırlanmış yeməklər üstünlük təşkil edir. Ekzotik meyvələr və onlardan çəkilmiş təbii şirələr də sizi heyran edəcək. Balidə yetişən bitki və tərəvəzlər insan orqanizmi üçün çox xeyirlidir və tərkibi vitaminlər, minerallarla zəngin olduğundan qocalmanı ertələyir. Süfrədə çörəyi düyüdən hazırlanmış lavaşlar əvəzləyir. Ümumiyyətlə, Bali mətbəxində düyüdən hazırlanan yeməklər əsas yer tutur

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət


"Ye, dua et və sev" əsəri Ketut adlı rahibin yazıçıya dediyi bu sözlərlə bitir: "Sən hər şeyini itirəcəksən. Ancaq son həmişə həm də yeni başlanğıc deməkdir...". Əmin olun ki, Bali həyatınızda xoşbəxt sonluqla bitən yeni səhifə açacaq. Axı, cənnəti görmək hər kəsə nəsib olmur.

Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət
Sevgi adasına və ya Yer üzündəki cənnətə 1 həftəlik səyahət

Mənbə: Buro247.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *