Əsrarəngiz nağıl ölkəsi – FOTO
Rusiyalı fotoqraf Kristina Makeevanın qış aylarında Rusiyada çəkdiyi kadrlar bu ölkənin xüsusən qış mövsümündə nağıl aləmi olduğunu deməyə əsas verir.
Oxu.Az xəbər verir ki, fotoqraf ölkəsinin bənzərsiz memarlıq abidələrinə və təbiətə sahib olduğunu deyir.
“Moskva mənim ən sevdiyim şəhərdir. Burada tarixi ilə sizi məəttəl qoyacaq və gözəlliyi ilə diqqətinizi çəkəcək bir çox bina var. Fotoqraflar üçün tam bir cənnətdir”, - Kristina qeyd edir.
Fotoqraf öz əsrarəngiz ölkəsində çəkdiyi kadrları “Instagram” hesabında paylaşır.
“Yeni ildən öncə şəhərim bir nağıl diyarına çevrilir”, - Moskvanı fotoaparatının yaddaşına köçürən Kristina qeyd edir.
Mənbə:> Oxu.Az