Abid Şərifov yanan bınanın sakinlərinə: Nağıl danışmayın – FOTO
İnterpress.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, narazı sakinlər Xətai rayon icra haimiyyətinin başçısı Razim Məmmədovla bərabər ilə ərazini gəzən Abid Şərifova onları narahat edən məsələləri çatdırıblar.
Sakinlərə görüşdə müəyyən qədər gərginlik yaşanıb. Sakinlər binanın təmiri, kompensasiya ödəniməsi kimi məsələləri qaldırsalar da, Abid Şərifovun narazı sakinlərlə kobud rəftarı diqqəti çəkib. Belə ki, Abid Şərifov narazı sakinin sözlərini yarımçıq kəsərək “Nağıl danışma” deyib və digər sakinlərə narazılıqlarını bildirməyə imkan verməyib.
Görüş zamanı məlum olub ki, yanan bina və ətrafdakı bütün binalarda balkonları bağlanması tapşırığı verilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Onlar balkonların bağlanmasının ancaq sakinlərin istəyi ilə fərdi qaydada həyata keçirilməsini tələb edirlər.
Mənbə:> İnterpress.az