Yanan binanın sakinləri hələ 5 ay gözləməlidir
Bakıda yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.
A.Şərifov qeyd edib ki, artıq binada təmir-bərpa işlərinə start verilib.
Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb. Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.
Mənbə:> Virtualaz.org