Yanan binanın bərpasına başlanıldı
Mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnmiş yanğının baş verdiyi binada təmir-bərpa işlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq binanın yanmamış hissəsində qalanpoliuletan üzlüyünün sökülməsinə start verilib.
Xatırladaq ki, binada baş vermiş yanğın nəticəsində yaşayış binası tamamilə yanıb və nəticədə 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Dünən Nazirlər Kabinetinin sərəncamı ilə binanın təmiri üçün dövlət büdcəsindən 3 milyon manat ayrılıb.
Mənbə:> Oxu.Az